Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları başa çatıb.

Unikal.org xəbər verir ki, ikinci oyun günündə 3 matç keçirilib.

Liqa yolunda “Olimpiakos” “Krasnodar”ı qəbul edib. Rəqibini dörd cavabsız qolla darmadağın edən Yunanıstan təmsilçisi qrup mərhələsinə bir addım da yaxınlaşıb.

İsveçrədə də eyni sayda – 4 qol vurulub. “Yanq Boyz”la “Srvena Zvezda” arasında görüşdə məhsuldar heç-heçə qeydə alınıb – 2:2.

Zaqreb “Dinamo”su isə 2 top fərqi ilə qalib gəlib. Xorvatiyalılar öz meydanında iki cavabsız qolla “Rusenborq”u üstələyiblər.

Qeyd edək ki, pley-offun cavab oyunları avqustun 27-28-də keçiriləcək.