Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, Bakıxanov qəsəbəsində 1998-ci il təvəllüdlü Vəliyev Rahib Azər oğlu naməlum şəraitdə bıçaq xəsarətləri alıb.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib. R.Vəliyevə qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.