Yeni Zelandiyanın Parlament sədr Trevor Mallard, məclis kürsüsündə, bir millət vəkilinin iclasa gətirdiyi iki aylıq oğluna əmziklə süd verib.

Unikal.org xəbər verir ki, üç uşaq atası olan Mallard, ata olmasına görə sosial mediada böyük təriflər alıb. İşçi Partiyasından olan millət vəkili Tamati Coffey, parlamentə, iyul ayında dünyaya gələn oğlu Tutanekai ilə birlikdə iştirak edib. Bunu görən Trevor uşağı özü yedizdirəcəyini deyib. Bu səbəbdən millət vəkili Tamati körpəsini onun qucağına qoyub. Bundan sonra Trevor onu əmziklə yedizdirməyə başlayıb. 

Qeyd edək ki, spiker 2017-ci ilin noyabr ayında  millət vəkili Willow Jean Primenin üç aylıq qızına da süd vermişdi. O bu addımı atmasına səbəb 2017-ci ildə atalıq məzuniyyətini 18 həftədən 22 həftəyə yüksəltmişdi. Bu icazəni isə 2020-ci ildə 26 həftə yüksəldilməsi planlaşdırılır.