20 Sentyabr 2019
19 Sentyabr 2019
İsmayıllıda 3 uşaq anası itkin düşdü
İsmayıllıda 3 uşaq anası itkin düşdü HADİSƏ 09:43 2019-08-22

İsmayıllı rayonunda 3 uşaq anası itkin düşüb.

DİN Mətbuat xidmətinin Şəki regional qrupundan Unikal.org-a verilən məlumata görə, 1989-cu il təvəllüdlü İsmayıllı rayonu Qalınçaq kənd sakini, 3 uşaq anası Pərvanə Bədəlova iyulun 28-də gecə saatlarında 4 yaşlı övladını da özü ilə götürərək yaşadığı ünvandan naməlum istiqamətdə gedərək itkin düşüb.

P. Bədəlovanın boyu 160 sm, gözlərinin rəngi qaradır. Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin 020-285-11-89 şəhər, (050) 280-45-00, (050) 656-99-00 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.


  • İsmayıllıda 3 uşaq anası itkin düşdü