Artıq iki həftədən çoxdur ki, sürücülər yanacaqdoldurma məntəqələrində LPG (propan) qazını tapa bilmirlər. 

Unikal.org xəbər verir ki, yanacaqdoldurma məntəqələri qazın yoxluğunun səbəbi haqqında məlumatlı deyillər. Buna görə də qazla işləyən maşınların sürücüləri çarəsiz vəziyyətdə qalıblar. Onlara alternativ olaraq metan qazının vurulması təklif edilir. 

“Qafqazinfo” LPG-nin qıtlığı ilə bağlı SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədovla əlaqə saxlayıb.  O, bazarda LPG qazı ilə bağlı yanacaqdoldurma məntəqələrində yaranan qıtlıqdan xəbərdar olduğunu vurğulayıb.