Binəqədi rayonu ərazisindəki mağazaların birindən 150 ədəd avtomobil təkəri oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Unikal.org Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə avqustun 20-də baş verib.

Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 20 000 manat dəyərində 150 ədəd avtomobil təkəri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri A.Rəhimov, X.Sadıqov və Ağstafa rayon sakini M.Əliyev saxlanılıblar.