Abşeron rayonunda geyim mağazası yanıb.

Unikal.org xəbər verir ki, Xırdalan şəhərində ümumi sahəsi 1480 m² olan qarışıq mallar mağazasının yanar konstruksiyaları və içərisinə yığılan mallar 60 m² sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.