Bakıda yolu keçmək istəyən ana və azyaşlı övladı son anda ölümdən xilas olublar.

Unikal.org xəbər verir ki, sürətlə hərəkət edən yük maşını piyada zolağında dayanmadan hərəkətini davam etdirib. Bu zaman yolu keçmək istəyən qadını və onun yanında olan azyaşlı yük maşınının altında qalmaq təhlükəsi ilə üzləşib. Ölümün bir addımlığında sağ qalan qadın hadisənin şokundan ayılmaqda çətinlik çəkib. Burnu belə qanamayan piyada qorxu dolu baxışlarla ərazini tərk edib.