Gəncə məzarlığındakı qəbirlərdən birinə basdırılmış cadu tapılıb.

Bu barədə Unikal.org-a  aparıcı Vasif Akifli məlumat  verib.

O, bildirib ki, İmamzadə ziyarətgahında olan qəbiristanlıqda sellafon torbanın içində iki qadın şəkli və ərəb dilində yazılar olan vərəq aşkarlayıb:

"Adət üzrə anamın 40 mərasiminə kimi məzarı hazırlanır, təmir təmizlik işləri gedirdi. Məzar daşı hazır olub üzərinə yerləşdirilməsi üçün qəbrin əlavə torpağını təmizləyən ustalar məzarın bir neçə santimetr dərinliyinə basdırılmış bu iki şəkili və duları tapıblar. Eşitmişdim, az çox məlumtım var idi ki, bu cür caduları yeni məzarların torpağı ilə edirlər. Şəkillərdəki xanımları tanımıram. Bəlkə də yazıqların hansısa ən yaxın qohumu, rəfiqəsi, bəlkədə ailə üzvlərindən biri edib! Amma təəssüf etdiyim ən vacib məqam bunu elətdirənlərin yox, edənlərin olmasıdır. Siz kimsiniz ki, tanrının işinə qarışıb, kiminsə həyatı ilə oynayırsınız?!"

Famil Fərhadoğlu