20 Sentyabr 2019
19 Sentyabr 2019
Uşağını balkona zəncirləyən ana ilə bağlı ŞOK FAKTLAR- VİDEO
Uşağını balkona zəncirləyən ana ilə bağlıŞOK FAKTLAR- VİDEO CƏMİYYƏT 18:14 2019-08-22

Bakıda yaşayan Yevlax rayon sakini Şahanə İsmayılova, Nəsimi rayonu Cavadxan küçəsində kirayə qaldığı mənzildə övladının ayaqlarını zəncirlə bağlayaraq işə gedib.

Unikal.org  ARB TV-yə istinadən xəbər verir ki, 9 yaşlı uşaq səhər saat 8-dən axşam 10-a qədər köməksiz vəziyyətdə qalıb. Qonşuların sözlərinə görə bu hal bir dəfə yox, bir neçə dəfə təkrarlanıb. 

Şahidlər deyirlər ki, ayağından zəncirlənən azyaşlı, normal, psixoloji durumunda heç bir problem olmayan uşaqdı.

Faktla bağlı açıqlama verən Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev, azyaşlının fotosunun idarəyə ötən gün daxil olduğunu bildirib.

Ona qarşı qeyri-insani rəftarla bağlı fakt nəzarətə götürülüb. Nəsimi rayon Polis İdarəsinə müvafiq araşdırmaların aparılması ilə bağlı göstəriş verilib. Şahanə İmayılova isə məsuliyyətə cəlb olunub.

Elşad Hacıyev - BŞBPİ-nin mətbuat xidmətinin rəisi: "Şahanə İmayılova oğlunun çətin tərbiyə olunan uşaq olduğunu bildirərək, yay tətilinə görə Yevlax rayonundan gətirərək yaşadığı ünvanda bu addımı atdığını etiraf edib.

Araşdırma zamanı Nəsimi rayon Polis idarəsinin İctimai təhülkəsizlik şöbəsi və 19-cü Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi müvafiq tədbirlərlə həmin zəncir aşkarlanaraq, protokol tərtib olunub”.

Bir neçə gün davam edən vəziyyətə ətrafdan müdaxilə də bu məqamda danışılacaq məsələdi.