20 Sentyabr 2019
Ağsuda dağlıq ərazidə yanğın başlayıb - VİDEO
Ağsuda dağlıq ərazidə yanğın başlayıb -VİDEO HADİSƏ 19:08 2019-08-22

Avqustun 22-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağsu rayonu Kəndəxan kəndi yaxınlığında dağlıq ərazidə yanğın başlayıb.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə FHN-in Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətindən 5 ədəd texnika və 30 nəfər şəxsi heyət, Mülki müdafiə qoşunlarından 4 ədəd texnika və 41 nəfər şəxsi heyət cəlb olunub.