20 Sentyabr 2019
19 Sentyabr 2019
Suriyada döyüşən azərbaycanlılara hökm oxundu
Suriyada döyüşən azərbaycanlılara hökm oxundu CƏMİYYƏT 19:39 2019-08-22

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada Bəşər Əsəd hökumətinə qarşı vuruşmaqda, orada təlimlər keçməkdə suçlanan Sumqayıt sakini Mehman Qarayev və Xətai sakini Rövşən Rəhimovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. 

Unikal.org xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərdən şəxslərə hökm oxunub. 

Məhkəmənin hökmü ilə ilə hər iki şəxs 9 il müddətinə azadlıqdan məhrum edilib. 

İttihama görə, onlar 2013-cü ildə Suriyaya gedib, orada vuruşublar. Bir müddət sonra da geri qayıdıblar.

Təqsirləndirilənlərə qarşı həmçinin Cinayət Məcəlləsinin 218.2 (cinayətkar birlikdə (təşkilatda), mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin birliyində iştirak etmə) və 279-cu (Azərbaycan qanunvericiliyində nəzərdə tutulmayan silahlı birləşmələr yaratma, onların tərkibində iştirak) maddələri ilə ittiham irəli sürülüb.

Hər iki şəxs elan olunmuş ittihamla özlərini təqsirli bilməyiblər.

Əli Osmanov