22 Noyabr 2019
Milli şəhərsalma və tikinti normativ sənədləri hazırlanacaq
Milli şəhərsalma və tikinti normativ sənədləri hazırlanacaq CƏMİYYƏT 23:45 2019-08-22

Nazirlər Kabineti “Şəhərsalma fəaliyyətini tənzimləyən norma və qaydaların təkmilləşdirilməsi haqqında" 2008-ci il 18 sentyabr tarixli qərarında dəyişiklik edib.

Unikal.org xəbər verir ki, qüvvədə olan qərara əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Fövqəladə Hallar Nazirliyinə milli tikinti normativ sənədlərini 2008-2012-ci illər ərzində hazırlamaq, təsdiq və respublika ərazisində tətbiq edilməsini həyata keçirmək tapşırılmışdı.

Dəyişikliyə əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Fövqəladə Hallar Nazirliyinə milli şəhərsalma və tikinti normativ sənədlərini hazırlamaq, təsdiq və respublika ərazisində tətbiq edilməsini həyata keçirmək tapşırılıb. Eyni zamanda milli şəhərsalma və tikinti normativ sənədlərinin hazırlanması zamanı “İnşaatda tikinti norma və qaydalarının, dövlət standartlarının tətbiq edilməsi haqqında” Nazirlər Kabinetinin 1992-ci il 15 aprel tarixli qərarına əsasən qüvvədə saxlanılmış tikinti normativ sənədlərinə (həmin sənədlərin yeni milli normativ sənədlərlə əvəz edilənədək), həmçinin MDB iştirakçısı olan ölkələrin tikinti fəaliyyəti sahəsində əməkdaşlıq üzrə Hökumətlərarası Şurası və Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurası çərçivəsində qəbul edilərək respublika ərazisində qüvvəyə minmiş və milli normativ sənədlərlə əvəz edilməsi başa çatdırılmamış dövlətlərarası normativ sənədlərinə (autentik tərcümə olunana qədər) tərcümə edilmədən istinad edilməsinə yol veriləcək. Bu sənədlər Fövqəladə Hallar Nazirliyinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi internet səhifələrində yerləşdiriləcək.(apa)