Paytaxtın Nərimanov rayonundakı "Taxta bazarı" kimi tanınan ərazidə baş verən yanğınla əlaqədar xəstəxanaya yerləşdirilən şəxslər evə buraxılıb.

Bu barədə Unikal.org-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə ilə bağlı Kliniki Tibbi Mərkəzə çatdırılan Fövqəladə Hallar Nazirliyi (FHN) əməkdaşlarının vəziyyətləri tam normallaşdığından xəstəxanadan buraxılıb. Hazırda baş verən hadisə ilə bağlı xəstəxanalara müraciət yoxdur.

Xatırladaq ki, hadisə ilə bağlı 6 nəfər xəsarət almışdı. Onlardan 5-i FHN əməkdaşı idi. FHN əməkdaşlarından 3 nəfərə yerində tibbi yardım göstərilsə də, 2 əməkdaş və bir mülki şəxs xəstəxanaya yerləşdirilmişdi.