Ermənistanın Tavuş vilayətində avqustun 23-nə keçən gecə ağır yol qəzası baş verib.

Unikal.org Ermənistan KİV-inə istinadən xəbər verir ki, saat 03:30-da Baqanis kəndi ərazisində "QAZ 66" markalı yük maşını aşıb.

Yük maşınında olan müqavilə üzrə xidmət edən 11 hərbçi yaralanıb. Onlar Noyemberyan xəstəxanasına aparılıblar.