15 Sentyabr 2019
14 Sentyabr 2019
Gömrükçülər Rusiyadan gələn "Mercedes"də görün nələr aşkarladı - VİDEO
Gömrükçülər Rusiyadan gələn "Mercedes"də görün nələr aşkarladı- VİDEO HADİSƏ 13:14 2019-08-23

Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz E220 CDİ" markalı avtomobilə gömrük baxışı keçirilib.

Unikal.org xəbər verir ki, baxış zamanı nəqliyyat vasitəsinin arxa oturacağı ilə yük yerinin arasındakı boşluqda gömrük nəzarətindən gizlədilən, qutuları və aksesuarları ilə bilikdə 34 ədəd "İphone X Space Gray 64 GB", 25 ədəd "İphone X Silver 64 GB", 1 ədəd "İphone 7 Black 32 GB", 1 ədəd "OnePlus7 256 GB", 1 ədəd "OnePlus 7 Pro 256 GB", 2 ədəd "Samsung Galaxy S10+ 128 GB", 3 ədəd "Samsung Galaxy S10128 GB" markalı təzə mobil telefonlar, "Daclavirocyrl 60 mg" adlı 2461 həb dərman preparatı aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.