Bakı şəhərinin Suraxanı rayonunun Yeni Ramana qəsəbəsinin ərazisində quru ot və kol-kos yanır.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürmə işləri davam etdirilir.

***13:50

Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsində baş verən yanğın söndürülüb.

Unikal.org-un xəbərinə görə, açıq ərazidə 2 ha sahədə quru ot və 50 ədəd şam ağacı qismən yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub