Rusiya prezidenti Vladmir Putin ABŞ-ın avqustun 18-də Kaliforniyadakı San Nikolas adasından nüvəsiz qitələrarası raketin sınaqdan keçirməsində görə, Təhlükəsizlik Şurasının iclasını keçirib.

Unikal.org xəbər verir ki, bu barədə Kremlin açıqlamasında deyilir. Bildirilir ki, Putin ABŞ-ın raket sınağına cavab verilməsi üçün tədbirlər görməsini əmr edib. 

Putin həmçinin Təhlükəsizlik Şurasının iclasında müvafiq qurumlara ABŞ-ın sınaqdan keçirdiyi raketinin yaratdığı təhdidləri təhlil etmək üçün də tapşırıq verib.