Bakıda yanacaq daşıyan avtomobildə texniki nasazlıq yaranıb.

Bakı Nəqliyyat Agentliyindən Unikal.org-a verilən məlumata görə, hadisə Heydər Əliyev prospektində (Bağırov körpüsünün üzərində - “Koroğlu” m/st istiqamətində) qeydə alınıb.

Bu səbəbdən  Heydər Əliyev prospekti, kənar yol şəhər istiqamətində və yol ötürücüsünün üzərində nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb, sıxlıq müşahidə olunur.