15 Sentyabr 2019
14 Sentyabr 2019
"Qəbələ" futbolçusunu Küveyt klubuna satd;
"Qəbələ" futbolçusunu Küveyt klubuna satd; İDMAN 16:17 2019-08-23

“Qəbələ”nin futbolçusu Kamal Mirzəyev karyerasını Küveytdə davam etdirəcək.

Unikal.org-un məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi bu ölkənin “Əl-Salmiyə” klubuna transfer olunub. Asiya təmsilçisinin nümayəndələri 25 yaşlı yarımmüdafiəçini “qırmızı-qaralar”la avqustun 5-də keçirilən yoxlama oyununda bəyəniblər. 

“Qəbələ”nin 2:0 hesablı qələbəsi ilə başa çatan görüşdən sonra klublar arasında danışıqlara start verilib və razılıq əldə olunub. O, yeni komandası ilə birillik müqavilə imzalayıb.

Qeyd edək ki, Kamal Mirzəyev Azərbaycanın U-19, U-21 və U-23 yığmalarının şərəfini qoruyub.