"Русская фильм группа" şirkəti aktyorlar Ceki Çan və Arnold Şvarseneqqeri məhkəməyə verib.

Unikal.org  xəbər verir ki, buna səbəb şirkətin lentə aldığı "Вий 3D" filmində rol alan Hollivud ulduzlarının onun davamı olan "Əjdahanın imzasının sirri" filmində rol almasıdır.

"China Film Group" tərəfindən lentə alınan ekran işinin oğurlandığı iddia edilib. Şirkət sözügedən filmdən heç bir qonorar almadığını bildirib.

Rusiya tərəfindən məhkəməyə verilən aktyorlardan 216,6 milyon rubl təzminat tələb edilir.