18 Noyabr 2019
17 Noyabr 2019
Maştağada 8 yaşlı uşaq faciəvi şəkildə öldü - Pişiyə görə
Maştağada 8 yaşlı uşaq faciəvi şəkildə öldü -Pişiyə görə HADİSƏ 22:19 2019-08-23

Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində 8 yaşlı uşaq faciəvi şəkildə ölüb.

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, 2011-ci il təvəllüdlü Ələkbər Yusif oğlu Ələkbərovu elektrik cərəyanı vurub.

Belə ki, azyaşlı pişiklə oynayan zaman heyvan qaçaraq transformatorun arxasına girib. Pişiyi götürmək üçün transformatora tərəf gedən Ələkbəri elektrik cərəyanı vurub.

Hadisə nəticəsində yanan uşağın həyatını xilas etmək mümkün olmayıb.