Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə Gəncə-Samux yolunda qeydə alınıb.

Belə ki, 20-BL-353 dövlət nömrə nişanlı "VAZ-2106" markalı avtomobil hərəkət zamanı idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü – Hüseynov Rasim və iki sərnişin yaralanıb. 

Hadisə zamanı sözügedən şəxslərin toydan qayıtdığı və sürücünün sərxoş vəziyyətdə olduğu bildirilib. Qəzaya səbəb isə yüksək sürət olub. 

Faktla bağlı araşdırmalar davam edir.