Şənbə günü Moskva aeroportlarında 31 reys təxirə salınıb və 12 reys ləğv edilib.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki,yerli vaxtla saat 07:45-dək “Vnukovo” aeroportunda 6 reys təxirə salınıb, 2-si ləğv edilib. “Domodedovo” hava limanında isə 25 reys təxirə düşüb, daha 10 reys ləğv olunub.

Rusiya paytaxtının hava limanlarında yaranmış problemin səbəbləri barədə məlumat verilmir.