19 Sentyabr 2019
Nabranda səhhəti pisləşən Abel Məhərrəmovun kürəkəni dünyasın dəyişdi
Nabranda səhhəti pisləşən Abel Məhərrəmovun kürəkəni dünyasın dəyişdi HADİSƏ 13:28 2019-08-24

BDU-nun keçmiş rektoru, akademik Abel Məhərrəmovun kürəkəni Azər Sadıqov Türkiyədə vəfat edib.

Unikal.org Modern.az-a istinadən xəbər verir ki, DİN Nəqliyyatda Baş Polis İdarəsinin kadrlar idarəsinin 48 yaşlı rəisi Azər Sadıqovun ürək tutmasından dünyasını dəyişdiyi ehtimal olunur. Bir müddət əvvəl səhhətində yaranan problemlər səbəbindən Türkiyəyə aparılan A. Sadıqovun əməliyyata daxil olmadan vəfat etdiyi qeyd olunur. Mərhum sabah Bakıda dəfn olunacaq.

Qeyd edək ki, bu barədə ilk məlumatı Unikal.org yayıb. Mərhum Abel Məhərrəmova məxsus olduğu deyilən “El Faro” Ailəvi İstirahət və Əyləncə Mərkəzində dincələrkən səhhətində ciddi problem yaranmışdı. Bundan sonra Bakıdakı xəstəxanaların birinə yerləşdirilmişdi.  

Xatırladaq ki, öncədən Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin kadrlar şöbəsinin rəisi vəzifəsində çalışan polkovnik Azər Sadıqov daxili işlər naziri, general polkovnik Ramil Usubovun əmri ilə tutduğu vəzifədən kənarlaşdırılıb. Nazirin digər əmri ilə o, DİN Nəqliyyatda Baş Polis İdarəsinin kadrlar idarəsinə rəis təyin edilmişdi. A. Sadıqov vəfat etdiyi bu günə qədər həmin vəzifədə çalışıb.