19 Sentyabr 2019
İran yeni raketini sınaqdan keçirdi
İran yeni raketini sınaqdan keçirdi DÜNYA 14:43 2019-08-24

İran yeni raketini sınaqdan keçirib.

Unikal.org İran mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə İranın İnqilab Keşikçiləri Korpusunun komandanı general-mayor Hüseyn Salami deyib.

"Ölkəmiz hər zaman müxtəlif müdafiə və strateji sistemləri sınamaq üçün bir meydandır və bunlar qarşısı alınmaz gücümüzün daha da artması istiqamətində atılan davamlı addımlardır. Dünən də bu sahədə xalqımız üçün uğurlu günlərdən biri idi", - deyə H.Salami bildirib.