19 Sentyabr 2019
Yanğınlar Quba dağlarında da başladı
Yanğınlar Quba dağlarında da başladı HADİSƏ 15:27 2019-08-24

Qubada dağlıq ərazidə yanğın başlayıb.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə Quba rayonunun Çiçi kəndi yaxınlığında dağlıq ərazidə quru ot və kol-kos yanması barədə məlumat daxil olub.

Yanğının söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Mülkü Müdafiə Qoşunlarının şəxsi heyəti və texnikası cəlb edilib.

Hazırda yanğının söndürülməsi və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi davam etdirilir.