Bakıda gənc oğlan itkin düşüb.

Unikal.org xəbər verir ki, Yeni Yasamal yaşayış massivində yaşayan, 1999-cu il təvəllüdlü Mehdiyev Pilağa Radil oğlu avqustun 21-də səhər saat 05 radələrində yaşadığı evdən çıxaraq məşqə gedib.

P.Mehdiyev sonuncu dəfə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində görünsə də, bir daha evə qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.