Sumqayıtda yanğın baş verib.

Unikal.org-un məlumatına görə, hadisə şəhərin 17-ci məhəlləsində yerləşən "Nur" şadlıq sarayında qeydə alınıb.

Məlumata görə, sarayın binasında toy məclisi təşkil olunubmuş və yanğın da mətbəxin bacasından başlayıb. Binada olan bütün toy iştirakçıları təcili təxliyə olunub.

Əraziyə FHN-in yanğınsöndürənləri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.