19 Sentyabr 2019
18 Sentyabr 2019
Vitse prezident bu rayonda güləş zallarını gəzib, tövsiyələrini verdi - VİDEO
Vitse prezident bu rayonda güləş zallarını gəzib, tövsiyələrini verdi- VİDEO İDMAN 15:38 2019-08-25

Sosial şəbəkələrdə paylaşılan bu görüntülər idmansevərlər tərəfindən rəğbətlə qarşılanıb.  
Unikal.org
xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının    vitse-prezidenti Firdovsi Umudov Qazax rayonunda   fəaliyyət göstərən güləş zallarına baş çəkib.  
Zalların şəraiti ilə tanış olan federasiyanın  vitse-prezidenti yeniyetmə və gənc  güləşçilərə öz tövsiyyələrini verib:  
"Bu gün ölkə başçısı cənab İlham Əliyev  tərəfindən bütün sahələrə olduğu kimi, idmana da yüksək diqqət və qayğı göstərilir. 
Sizin əsas vəzifəniz  vətənə millətə xeyrli vətəndaş olmaq,  gələcəyin əsgəri kimi yetişməkdir. Hər bir Azərbaycanlı  bayrağını, dövlətini sevməlidir. 
Mən inanıram ki, sizin aranızdan da gələcəyin Avropa, dünya və olimpiya çempionları  yetişəcək". 
F.Umudov öz güləşdiyi dövrdəki çətinliklərdən danışıb və hazırda idmançılar üçün  yaradılan şəraitin dünya və Avropa standartlarına uyğun olduğunu qeyd edib: 
"Biz güləşən dövrdə zalımızda işıq, qaz, su yox idi. Biz şam işığında məşq edirdik. 
İndi bölgələrimizdə olimpiya kompleksləri inşa edilib. Belə   zallar fəaliyyət göstərir. Vurğulamaq istəyirəm ki, heç bir idmançının əziyyəti yerdə qalmır. 
Pis vərdişlərdən uzaq olun, idman və dərslərinizlə məşğul olun". 
Daha sonra  Firdovsi Umudov rayondakı yeniyetmə və gənc güləşçilərdə motivasiyanı daha da yüksəltmək və idmana meyilliliyi artırmaq məqsədi ilə onlara idman geyimləri hədiyyə edib.