19 Sentyabr 2019
18 Sentyabr 2019
“Bizim Ronaldo və Messimiz yoxdur" - Qvardiola
“Bizim Ronaldo və Messimiz yoxdur" -Qvardiola İDMAN 18:14 2019-08-25

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola komandasının məhsuldarlığından razıdır.

Unikal.org xəbər verir ki, baş məşqçi komandasının son iki mövsümdə çıxışına toxunub:

"Son iki mövsüm "Siti"nin vurduğu qol sayına baxanda məndə şübhə qalmır ki, kimsə az qol vuracağımızı düşünsün. Düzdür, bizim Ronaldo və Messi kimi bir mövsümdə 50-60 qol vuran oyunçumuz yoxdur. Buna baxmayaraq, son iki mövsümdə biz inanılmaz dərəcədə qollar vurmuşuq və bunu davam etdirəcəyik".