Azərbaycan Prezidenti İlham Əliyev Şeyxülislam Allahşükür Paşazadə ilə bağlı sərəncam imzalayıb. 

Unikal.org xəbər verir ki, sənədə əsasən, A.H.Paşazadə “Heydər Əliyev” ordeni ilə təltif edilib:

“Azərbaycan Respublikasında dövlət-din münasibətlərinin formalaşması, milli həmrəyliyin və mənəvi-əxlaqi dəyərlərin bərqərar olması sahəsində xüsusi xidmətlərinə görə Şeyxülislam Allahşükür Paşazadə “Heydər Əliyev” ordeni ilə təltif edilsin”.