"Bu gün Qaraçuxur qəsəbəsinə və Suraxanı qəsəbəsinin bir hissəsində su olmayacaq".

Bu barədə Unikal.org-a “Azərsu” ASC-dən bildirilib.

Məlumata görə, “+ 98 Qaraçuxur” su anbarında aparılan yenidənqurma işləri ilə əlaqədar avqustun 26-da gün ərzində Qaraçuxur qəsəbəsinə və Suraxanı qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Qeyd edilib ki, yaranmış narahatlıqla əlaqədar qurum abonentlərdən üzr istəyir.