Amerika Birləşmiş Ştatlarında elektron siqaret istifadə edənlərdə yay aylarında ortaya çıxan sirrli ağciyər xəstəliyilə bağlı ilk dəfə bir adam həyatını itirdi.

Unikal.org xəbər verir ki, İllinois Xalq Sağlamlığı Fundamental Elmi Qurumdan (İDPH) verilən məlumata görə, İllinois ştatında ağciyər narahatlığı ilə bağlı xəstəxanaya aparılan bir adam ölüb. Eyni səbəbdən xəstəxanaya 22 nəfər gətirilib ki, bunlardan 12-sinin müalicəsi hələ davam edir.

17 - 38 yaş arasında olan bu xəstələr hava çatışmazlığı, nəfəs kəsilməsi və sinə ağrıları ilə xəstəxanaya gəliblər. Qusma, ishal və əldəndüşmə kimi həzm sistemilə bağlı şikayətlərlə də xəstəxanaya müraciət edilib.

İllinois Xalq Sağlamlığı Fundamental Elmi Qurumin direktoru Nqozi Ezike mövzu ilə bağlı deyib:

“Semptomların təkcə bir xəstəlikdən olub-olmadığı dəqiqləşməyib. ABŞ Xəstəliyə Nəzarət və Qorunma Mərkəzi (CDC) mütəxəssisləri hadisələri araşdırmaq üçün avqustun 21-də İllinoisə gəliblər.

28 iyun - 20 avqust tarixləri arası ölkə daxilində 16 ştatda elektronik siqaret istifadə edən 153 nəfər tibb tərəfindən hələ təyin oluna bilməyən ağciyər narahatlığı şikayətiylə sağlıq mərkəzlərinə müraciət edib”.

Qeyd edək ki, ABŞ Səhiyyə Nazirliyi 2018-ci ilin dekabrında verdiyi hesabatda ölkədə 2017-2018-ci illərdə orta məktəb şagirdləri arasında elektron siqaret cihazlarının istifadəsinin 78 faiz artdığın bildirmişdi. Bu gənclərin 27 faizi fasiləsiz elektron siqaret istifadə edənlərdir.