Türkiyənin Eskişehirdə dairəvi yolda iki atın yola çıxması ağır qəza ilə nəticələnib. 

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, anidən avtomobil yoluna çıxan atlar, qarşıdan gələn tofaş markalı avtomobilə çırpılıb. Hər iki at avtomobilin sürətinin təsirindən havaya uçub. Heyvanlar ərazi yaxınlığında piyada keçidinin yanına düşüblər. 

Qəza nəticəsində hər iki at tələf olub.