Uzun müddət "Erkenci kuş" serialında tərəf müqabili olan Demet Özdemirlə sevgili olan aktyor Can Yamanın yeni eşqə başladığı iddia edilib.

Unikal.org xəbər verir ki, İtaliyaya gedən aktyor orada tanış olduğu meksikalı müğənni Belinda Pereqrinlə münasibət qurub.

Yaman ötən gündən Pereqrini sosial şəbəkədə izləməyə başlayıb. Qız da onun bu addımına qarşılıq verib. İki məşhurun yaxınlaşması izləyicilərinin də diqqətindən qaçmayıb.