Qazax rayon  sakini, 1991-ci  il təvəllüdlü Nərgiz Qasımova azyaşlı uşaqları,  2011-ci il təvəllüdlü Günel Qasımova və 2013-cü il təvəllüdlü Elgün Qasımova ilə birlikdə  avqustun 4-ü Qazax rayon Ağköynək kəndindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Unikal.org-a verilən məlumata görə, N. Qasımovanın  əlamətləri belədir: boyu 157 sm, arıq bədən quruluşlu,  gödək qara saçlara malik, gözlərinin rəngi şabalıdı. 

Şəkildə gördüyünüz şəxsləri tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-295-14-97 şəhər və (050) 392-02-21, (055) 335-29-55  mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.