Ukraynanın Kiyev şəhərində təşkil olunan “Viktor Bannikov” beynəlxalq turnirində iştirak edən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası bu gün ilk oyununu keçirib.

Unikal.org xəbər verir ki, israilli həmyaşıdları ilə qarşılaşan yığmamız 0:6 hesabı ilə məğlub olub.
 
Qeyd edək ki, millimiz növbəti matçını sabah Ukraynaya qarşı keçirəcək.