Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, Yeni Ramana qəsəbəsində təxminən 50 yaşlı Nailə Əliyeva tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.