Bakıda kişi evindən qaçan xanımı ilə bağlı polisə müraciət edib.

Unikal.org-un məlumatına görə, 24 avqust 2019-cu il tarixində Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov ev 59-da mənzillərin birində yaşayan 1991-ci il təvəllüdlü Abumüslümov Kamran Abumüslüm oğlu Nizami RPİ-nin 24-cü PŞ-nə ərizə ilə müraciət edib.

Bildirib ki,  həmin tarixdə saat 16:40 radələrində onunla eyni ünvanda yaşayan arvadı, 1990-ci il təvəllüdlü Səmədova Aygün Rasim qızının yaşadıqları evdən 5780 manat məbləğində nağd pul götürüb çıxaraq geri qayıtmadığını bildirib. 

Müraciət üzrə Bakı şəhəri, Nizami RPİ-nin 24 PŞ-də araşdırma aparılır.

Kənan Murad