Xəbər verdiyimiz kimi, avqustun 24-26-sə tarixlərində Fransanın cənub-qərbindəki Biarritz şəhərində G 7 Sammiti keçirilib. 

Unikal.org xəbər verir ki, dünyanın və medianın diqqətlə izlədiyi samit siyasi məsələlərdən daha çox,  ABŞ prezidenti Donald Trampın  model həyat yoldaşı Melaniya Trampa göstərilən diqqətlə yadda qaldı. 

Belə ki, Kanadanın Baş naziri Castin Trudo ilə ABŞ prezidenti Donald Trampın model həyat yoldaşı Melaniya Tramp ilə bir-birlərinə romatik baxışları da diqqətdən yayınmayıb. Baxışlar zamanı isə Donald Trampın qısqanc şəkildə, qaşqabağını salladığı görünür. 

Tədbirdə daha bir maraqlı fakt isə Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkelin Melaniya Tramp ilə söhbətləşdikdən sonra, onun qədd-qamətinə diqqətlə baxmağa başlayıb. Bu da kameraların obyektivindən yayınmayıb.