Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya birgünlük işgüzar səfərdədir. 

Unikal.org xəbər verir ki, Ərdoğan Rusiya prezidenti Vladimir Putin ilə iki tərəfli görüşlər keçirdikdən sonra, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvadakı Jukovski Beynəlxalq Hava Limanında təşkil edilən "MAKS-2019" Beynəlxalq Havaçılıq və Kosmos Sərgisinin açılış mərasimində iştirak ediblər.

Ərdoğan və Putin sərgi sahəsində təyyarə və helikopterlərə də baxıblar. 

Dövlət başçıları 5-ci nəsil Rus qırıcısı "SU-57'nin təyyarəsinin kabinəsinə də qalxıblar.

Sərgidən sonra Putin Ərdoğanı rus marojnasının dadına baxmağa dəvət edib. Bundan sonra Putin cibindən pul çıxardaraq satıcıya verib. Ərdoğan isə zarafatça "Putin marojnanın pulunu siz verirsiz? Məndə rubl yoxdu" fikrini səsləndirib.