Bakı şəhərinin Nərimanov və Xətai rayonlarında ayrı-ayrı ünvanlarda 3 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Unikal.org xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. 

Çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri azyaşlılara müvafiq köməklik göstərib.​