Binəqədi rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Biləcəri qəsəbəsində qeydə alınıb.

"Ford" və "Mitsubishi" markalı avtomobillərin toqquşması nəticəsində yaralananların adları müəyyən edilib: 

- 1990-cı il təvəllüdlü Hüseynova Arzu Nizami qızı;
- 1985-ci il təvəllüdlü Əliyev Ceyhun Muxtar oğlu; 
- 1963-cü il təvəllüdlü Baxışova Nəzakət Mütəllim qızı; 
- 1962-ci il təvəllüdlü Hüseynova Şahnaz Allahverən qızı;
- 1948-ci il təvəllüdlü Ağayev Namik Əbülfəz oğlu. 

Yaralılar dərhal xəstəxanaya çatdırılaraq Reanimasiya şöbəsinə yerləşdiriliblər. 

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.