Türkiyədə daha bir qadın övladının gözü qarşısında bıçaqlanıb.

Unikal.org Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Dənizli şəhərinin Pamukkale rayonunda baş verib.

Ər ondan boşanmaq istəyən arvadının boğazını 4 yaşlı qızının gözü önündə kəsib.

Belə ki, Uğur K. adlı şəxs 23 yaşlı arvadıyla söhbət etmək məqsədi ilə onu görüşə çağırıb. Daha sonra tərəflər arasında mübahisə yaranıb. Bu zaman Uğur arvadına bir neçə bıçaq zərbəsi endirib, daha sonra da onun boğazını kəsib.

Xəstəxanaya çatdırılan iki uşaq anasının vəziyyətinin ağır olduğu bildirilir. Cinayəti törədən şəxs saxlanılıb.