Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryan həbs olunub. 

Unikal.org TASS -a istinadən xəbər verir ki, bu barədə Ermənistan dövlət təhlükəsizlik orqanları məlumat yayıb. Eks-nazir külli miqdarda korrupsiya və dövlət əmlakını mənimsəməkdə ittiham olunur.
Qeyd edək ki, Xaçatryan sabiq prezident Serj Sarkisyanın əsas kadrlarından biri olub. O, 2008-2018-ci illərdə iqtidar komandasında yer alıb.