Türkiyənin Siirt əyalətində "Dijvar Sason" ləqəbi ilə tanınan təhlükəli terrorçu Ekrem Aksoy zərərsizləşdirilib.

Unikal.org Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, PKK terror qruplaşmasını üzvü olan E.Aksoyun adı uzun müddət təhlükəli terrorçuların siyahısında olub.

Qeyd edək ki, terrorçunun zərərsizləşdirilməsi üzrə xüsusi əməliyyat avqustun 25-i keçirilib.