Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, rayon ərazisində 27 yaşlı Türkmənistan vətəndaşı Annaurazov Silabgəldi Almuraz oğlu tanımadığı şəxslə mübahisə edib.

Mübahisə zəmnində o, qarşı tərəfdən bıçaq xəsarətləri alıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.