Mingəçevirdə beşmərtəbəli binada yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində ümumi sahəsi 48 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Yanğın zamanı 4 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.