Türkiyəli müğənni İrem Derici üsyan edib. 

Unikal.org Türkiyə mətbuatlna istinadən xəbər verir ki,   bir müddət öncə mesajlar yazaraq narahat edən, sonra gecə vaxtı evinin qapısı önünə gələn fanatının saxlanıldıqdan sonra sərbəst buraxılması və jurnalistin o şəxsdən müsahibə almasına reaksiya verib. 

Dünən günorta vaxtları sərbəst buraxılan manyak fanatın Dericiyə 50 metrdən çox yaxınlaşması məhkəmə tərəfindən qadağan olunub. 

Ancaq o bu qadağanı heçə sayaraq elə ilk gün müğənninin qapısının önünə gedib. Dericinin fanatı baş verən hadisədən sonra Dericinin evinin yanına gələn jurnalistə də müsahibə verib. O müsahibəsində yaxınlıqdakı otellərin birində qaldığını söyləyib.

Bununla bağlı müğənni sosial şəbəkədə bu sözləri yazıb: 

"Nə deyim? Lənət olsun! Adam sərbəst buraxılır. Hələ 2 saat əvvəl təkrar evimin yaxınlığında rahat şəkildə gəzərkən ona mikrafon uzadılır. Bu saatdan sonra başıma bir şey gələrsə cavabdeh onlardır. Mən 1 həftədir qorxu içərisindəyəm, can güvənliyim yoxdur. Özümü qorumaq üçün əlimdən gələni etsəm də mənə görə bir addım da atılmır. Mən haqqımı tam olaraq hansı platformada axtarmalıyam?"